Blog Post

Dəmir və polad arasındakı fərq nədir?

Çox zaman dəmir və polad anlayışlarını qarışdırır, arasındakı fərqi müəyyən etməkdə çətinlik çəkirik. Əslində isə, bu iki termin heç də eyni anlama gəlmir. Dəmir, D.İ.Mendeleyevin elementlərin dövri sistemində 26-cı elementi olub, kimyəvi işarəsi Fe-dir. Çəkisi 56 unitdir. Polad, dəmirin işlənmiş halıdır. Dəmir daha elastik olub, qırılmağa dayanıqlı olmasına baxmayaraq, polad sərt xüsusiyyəti fərqlənir. Atalarımızın "Polad sınar, əyilməz." məsəli məhz bu özəlliyə dayanır. Polad, dəmir elementi ilə əsasən 0.02-2.1% arasında dəyişən karbon elemeninin qarışığından meydana gəir. Poladda olan karbonun miqdarı poladın sinifləndirilməsində əsas meyar sayılır. Poladın tərkibində qeyd edilən elementlərlə yanaşı maqnezium, xrom, volfram və digər fərqli elementlərdən də istifadə edilir. Bu elementlər dəmir atomundakı kristal qəfəslərin bir-birinin yanından sürüşməsinin qarşısını alaraq bərkidici maddə rolunu oynayır. Poladdın tərkibində müxtəlif nisbətlərdə olan bu elementlər və onların mövcud olduğu formalar poladın sərtlik, elastiklik və gərginlik xassələrini müəyyən edir. Yüksək karbon tərkibli polad, dəmirdən daha möhkəmdir, lakin daha az elastikliyə malikdir. Bu cür poladı adətən çuqun və ya tökmə dəmir olaraq adlandırırlar. Əcdadlarımız tərəfindən icad edilən poladın istehsalı 17-ci əsrdən etibarən daha geniş yayılmağa başlamış və 19-cu əsrin ortalarından kütləvi istehsala keçid edilmişdir. Günümüzdə hər il 1300 milyon ton istehsal miqdarı ilə polad dünyada ən çox istifadə edilən materiallardan biridir.